“Bako Saakyan Fransada özünə dəstək axtarmağa çalışır" ÖZƏL-ŞƏRH

“Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan Fransaya ilk dəfə səfər etmir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, Bako Saakyan Fransada, ABŞ-da, Brüsseldə və Moskvada da səfərdə olub: “Biz əsas baxmalıyıq ki, qondarma rejimin rəhbəri Fransaya nə ilə gedib. Ümumiyyətlə Fransa dövlətinin separatçını qəbul etməsi, eləcə də Fransadan olan bələdiyyə rəhbərlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə getməsi yolverilməzdir. Halbuki həmin bələdiyyə rəhbərləri xəritədə heç qondarma Dağlıq Qarabağı tapa bilməzdilər. Onların gedib orada “qardaşlıq və dostluq”la bağlı hansısa bir kağız parçası imzalaması, senatorların gəlişi tamamilə qəbulolunmazdır. Azərbaycan tərəfi hər zaman buna öz etirazını bildirir. Bu açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Çünki Azərbaycanın razılığı olmadan bu baş verib. Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı öz bəyanatını verib. Ermənistan tərəfi anlayır ki, danışıqlardan qaçmaq mümkün deyil. İstisna etmirəm ki, Rusiya da bu məsələdə daha ermənilərin iddialarına dəstək vermək istəmir. Bako Saakyan Fransaya gedərək orada özünə hansısa dəstək axtarsın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə