ABŞ, Britaniya və Ekvadorla hansı razılığa gəlib? ASSANC MƏSƏLƏSİ

ABŞ-ın ədliyyə nazirliyi Culian Assanca qarşı cinayət ittihamı irəli sürüb. SİA Rossiya 24 kanalına istinadən xəbər verir ki, Vaşinqton WikiLeaks saytının yaradıcısının məhkəməsinin ABŞ-da keçirilməsini istəyir. Assancın vəkili isə hesab edir ki, bu məsələ ilə bağlı ABŞ-ın Böyük Brtitaniya və Ekvadorla gizli danışıqları olub və razılığa gəlinib.

Xatırladaq ki, Ekvador səfirliyində sığınacaq tapan Assanca qarşı bu diplomatik nümayəndəlik mənfi qərar qəbul edib və onun insan hüquqlarının tanınması və qaçqın kimi qeydə alınması məsələsində qərar verməkdən imtina edib. Halbuki, Assanc artıq 6 ildir ki, Ekvadorun Böyük Britaniyadakı səfirliyində yaşayır.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə