Şimali Koreya yeni silahını sınadı NÖVÜ AÇIQLANMIR

Şimali Koreyanın lideri Kim Çen In yeni strateji silahın sınaqdan keçirilməsində şəxsən iştirak edib. SİA xəbər verir ki, Şimali Koreya mətbuatının yazdığına görə, silahın sınağı Müdafiə elmləri akademiyasının poliqonunda keçirilib və uğurla başa çatdırılıb.

“Strateji silahın nümayişinin ardınca, ölkə rəhbəri Kim Çen In bəyan edib ki, alimlər və sənayeçilər ölkənin müdafiəsinin gücləndirilməsi üçün nəhəng iş aparıblar”, - deyə qeyd edilən xəbərdə o da bildirilir ki, koreyalı lider müdafiə texnolofiyalarının və elmi ixtiraların inkişafı sahəsinə prioritet vəzifə olaraq yanaşır. Lakin informasiyada hansı növ silahın sınaqdan keçirilməsi barədə bildirilməyib.

Koreya mətbuatı yalnız bir xəbərlə kifayətlənib ki, bu silahın yaradılmasına öncəki lider – Kim Çen İrin vaxtından başlanılıb. Sonuncu dəfə bu ölkənin KİV-ləri Kim Çen Inın silah sınaqındakı iştirakında ötən ilin noyabrında olublar. Həmin vaxt Pxenyan 13 min km uçuşa malik “Xvason-15” qitələrarası ballistik raketin sınağı keçirilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə