“KTMT-nin baş katibin Belarusdan olması Ermənistana əlavə zərbədir” AÇIQLAMA

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postunun Ermənistanın əlindən vaxtından əvvəl çıxması bir daha onu göstərir ki, bu dövlət digər üzv dövlətlərin qarşısında sadəcə acizdir, onların diktəsilə oturub-durmaqdan başqa çarəsi yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, növbəti baş katibin Belarusdan olmsı isə Ermənistana əlavə zərbədir: “Çünki Belarus KTMT-nin üzv olmayan Azərbaycanla – yəni Ermənistanın əsas rəqibilə çox yaxın münasibətlərə malikdir. İndi KTMT baş katibliyinin vaxtından əvvəl bu ölkəyə keçməsi, üstəlik də bunun Ermənistanda hələ nəyin nə olduğu bəlli olmayan bir dönəmdə baş verməsi təbii ki, işğalçı dövləti özündən çıxarmalıydı və çıxarıb da. Ona görə də Ermənistan hakimiyyəti nəinki ümumilikdə, sadəcə öz xalqına belə durumu izah edə bilmir. Çünki ermənilərə uzun illərdir təlqin edilir ki, KTMT onların arxasındadır, savaş yenidən başlarsa müdafiə olunacaqlar. Amma baş verənlər onu göstərir ki, KTMT mümkün savaş halında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi gücdən istifadə etməyəcək. Ona görə də Ermənistan hakimiyyəti isteriya içindədir və çıxış yolunu tapmaqda çətinlik çəkir. Ümumiyyətlə isə, Belarusun Azərbaycanla bu qədər açıq oynaması Ermənistana əlavə zərbədir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...