"Rusiya hakimiyyəti buna anlayışla yanaşacaq” ÖZƏL-MÖVQE

“Ermənistan Dövlət Gəlirləri Komitəsi “Qazprom Ermənistan” şirkətində yoxlama aparıb və iri maliyyə pozuntuları aşkarlayıb. Cinayət işi qaldırılıb. Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, “Qazprom Ermənistan” şirkəti “xüsusilə iri həcmdə” vergi ödəməsindən yayınıb. Məsələn, 2016 və 2017-ci illərdə struktur gəlir vergisi və ƏDV haqda yanlış məlumatlar təqdim edib və bunun nəticəsində bir neçə milyard dram həcmdə vergidən yayına bilib. Dövlət Gəlirləri Komitəsi dövlətə dəymiş ziyanın həcmini dəqiqləşdirmək üçün araşdırmanı davam etdirir”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistana qaz təchizatı sistemində korrupsiya sxeminin ola biləcəyi haqda Ermənistanın baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan daha əvvəl bildirmişdi: “Ermənistan vətəndaşları Rusiyadan ucuz qaz alındığını hiss etmirlər. Bunun səbəbi səmərəsiz idarəetmə, o cümlədən də korrupsiya riski ola bilər. Düşünürəm ki, biz bu məsələni ciddi araşdırmağa başlasaq, Rusiya hakimiyyəti buna anlayışla yanaşacaq”.

Məlum olduğu kimi, Ermənistana qaz tariflərinin azaldılması məsələsi yenidən gündəmdədir. Düşünürəm ki, qazın qiymətinin azaldılması məsələsi dekabrın 6-da Putin-Paşinyan görüşündə müzakirə ediləcək əsas predmetlərdən biridir. Təbii ki, bu görüşdən əvvəl Ermənistan tərəfindən belə bir addımın atılması rəsmi İrəvan üçün arzuolunmaz nəticələrə səbəb ola bilər, belə ki, Rusiya hakimiyyəti qaz tariflərinin azaldılmasında maraqlı deyil və imtina edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...