"Ermənistanda vətəndaş müharibəsinin yaşanma ehtimalı yüksəkdir" MÖVQE-ÖZƏL

“Sasna Tsrer” partiyasının nümayəndəsi parlamentdə təmsil olunma haqqı əldə etməsə, yəni seçilməsə növbəti ölkə daxili gərginliklərin yaşanmasına hətda deyərdim vətəndaş müharibəsinə gətirib çıxaracaq hadisələrin yaşanma ehtimalı yüksəkdir”. Bunu SİA-ya açıqlamasında politoloq Ehtiram Aşırlı deyib.

O bildirib ki, Paşinyan "Sasna Tsrer" ə dəstəyini nümayiş etdirməklə gələcəkdə ölkədə baş verə biləcək xaosun və vətəndaş müharibəsinin qarşısını almağa çalışacaq: “Digər bir ehtimal isə ola bilsin ki, Paşinyan Sasna Tsrer-in seçilməsinə dəstək verməklə parlamentdə öz hakimiyyətinə qarşı nəzarətində ola biləcək formal müxalifət partiyası yaratmaq niyyətindədir. Beləcə Paşinyan bu partiyanın əli ilə daxili siyasətdə "çirkli əməllərini" ört-basdır edəcək”.

Politoloq qeyd edib ki, bəhs edilən amillərin tam tərsi ola biləcək digər bir ehtimal isə Moskvanın "Sasna Tsrer" ə dəstək verməklə parlamentdə Paşiyan tərəfindən yeni qərarların qəbul edilməsinə maneəçilik törətmək niyyəti də ola bilər: “Xatırladım ki, "Sasna Tsrer" in keçmişi çirki əməllərlə doludur və bir silahlı qruplaşma olaraq fəaliyyət göstərib. Xüsusilə polis binasının mühasirəyə almalarını xatırlatmaq kifayətdir ki, bu birləşmə partiya olaraq parlamentdə təmsil olunsa və hakimiyyətlə maraqları üst-üstə düşməsə sabah heç kim deyə bilməz ki, parlament binasini da mühasirəyə almayacaq. Təbii ki, bütün bu hadisələrin gedişatını zaman göstərəcək. Lakin ölkənin daxili siyasətinin xüsusilə də partiya sistemlərinin böhran vəziyyətində olması "Sasna Tsrer" partiyasının parlamentdə təmsil olunması şanslarını artırır”.

Qeyd edək ki, Ermənistanın “Sana Tsrer” partiyasının nümayəndəsi Gevork Safaryanın 9 dekabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün sənədləri mərkəzi seçki komissiyasına təqdim edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə