"Deputat statusundan öz maraqları üçün istifadə etməməlidir"

"Qanun layihəsinin 10-cumaddəsinə edilən dəyişikliklərə görə, deputat vəzifəsinin icrası ilə əlaqədar ümumi məbləği 55 manatdan yüksək olan hədiyyə qəbul edə bilməz. Mən belə qənaətdəyəm ki, bu məbləğ kifayət qədər azdır. Çünki, başqa ölkələrdə bu rəqəm daha böyükdür”. Bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov parlamentin plrnar iclasında çıxış edərkən deyib.

"Biz gərək koorupsiya haqqında qanunda bu rəqəmi dəyişək, məhz orada həmin rəqəmin artırılması ilə bağlı təklif irəli sürək. Belə olsa, problem öz həllini tapacaq. O ki qaldı maraqların toqquşmasının qarşısının alınması məsələsinə, düşünürəm ki, bu, çox vacibdir. Heç bir deputat səlahiyyətlərinin icrası çərçivəsində statusundan öz maraqları üçün istifadə etməməli, xidməti vəzifəsini icrası ilə maraqları arasında ziddiyət yarandıqda maraqlarından imtina etməlidir", -detə Ə.Amaşov qeyd edib.

Deputata söyləyib ki, burada deyilənlər başqa ölkələrdə çoxdandan, daha sərt şəkildə qəbul olunub: "Böyük Britaniyada elə ola bilər ki, deputat parlamentin yeməkxanasında xərclədiyi pulun hesabatını verməlidir. Almaniyada deputat cinayətdə ittiham edilirsə, onu iclas zalında həbs olunurlar. Elə ölkələr var ki, deputat seçiciləri ilə görüşməsə, onlarla kobud davransa, ictimai yerdə özünü qeyri etik aparsa, hətta parlamentdə çıxıç etsə, onu çox ağır cəza gözləyir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...