Deputatlar Milli Məclis işçilərinin mənzillə təmin edilməsini təklif ediblər

“Milli Məclisin xarici ezamiyyələri üçün nəzərdə tutulan məbləğ kiyafət deyil. Bunu miqdarı iki dəfə artırlaraq 400-500 min manata çatıdırılmalıdır”. SİA-nın xəbərinə görə, bu təkliflər Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Milli Məclisin nəqliyyat parkı dəyişdirilməsini təklif edən deputat həm də Milli Məclisin aparat işçilərinin əmək haqlarının artırılması məsələsini önə çəkib: “Aparatın işçilərinin arasında elələri var ki, onların evləri yoxdur. Onların mənzillə təminatı məsələsinə baxılmalıdır”.

İclasda bu təkliflə deputat Tahir Kərimli də çıxış edib: “Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxunun mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”.

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev də həmkarlarının təklifini dəstəkləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...