"Parlament Televiziyasının açılmasına çox böyük ehtiyac var" TƏKLİF

"Azərbaycanda Parlament Televiziyasının açılmasına çox böyük ehtiyac var. SİA-nın məlumatına görə, bunu təkliflər deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilə plenar iclasında çıxış edərkən deyib.

T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cemlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.

Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: “Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”.

Deputat Qüdrət Həsənquliyev də deputatın təklifini müsbət qarşılayaraq Parlamenti Televiziyasının yaradılmasının vacibliyini bildirib: " Elə insanlar var ki, iclasarımızı izləyə bilmir. Əgər televiziya yaransa, o zaman iclaslarımızı istənilən vaxt izləmək mümkün olar".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə