Milli Məclisin plenar iclası başladı gündəlikdə 6 məsələ var

Milli Məclisdə büdcə müzakirələri davam edir. SİA-nın xəbərinə görə, bugünkü iclasda deputatlar 6 məsələni müzakirə edəcəklər. Məsələlər aşağıdakılardır:

Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında
Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında
Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş) . "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi haqqında (ikinci oxunuş).
"Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

Qeyd edək ki, noyabrın 13-14 tarixlərində keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi” "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi”, "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi”, "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu”, "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə