ABŞ müharibələrə 5,9 trilyon dollar xərcləyib 480 MİN ÖLÜ, 10 MİLYON QAÇQIN

Amerika Birləşmiş Ştatları son 20 ildə hərbi əməliyyatların aparılması üçün 5,9 trilyon dollar xərcləyib. Ümumilikdə isə müharibələr nəticəsində yarım milyon insan həlak olub. SİA xəbər verir ki, Braun Universitetinin prfessoru Net Kraufordun araşdırmasının nəticələrini İTAR TASS agentliyi yazır.

Kraufordun hesablamalarına görə, hərbi əməliyyatlar nəticəsində 480 min insan həlak olub ki, onlardan 244 mini mülki vətəndaşlardır. 10 milyon insan isə daimi yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.

Qeyd olunur ki, əgər hərbi əməliyyatlar 2023-cü ildə başa çatdırılarsa, müharibə xərcləri həmin ilə qədər 6,7 trilyon dollara çatacaq.

2018-ci ilin martında Pentaqon 11 sentyabr terror aktından bu yana Vaşinqtonun müharibələrə 1,5 trilyon dollar xərclədiyini yazır. Araşdırmaçı professor qeyd edir ki, bu rəqəmlərə hərbi xərclərin yalnız bir hissəsi aid edilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə