“Sasna srer”: “Qarşıdurmalar yaşana bilər” SEÇKİLƏR

Ermənistanın “Sana srer” partiyasının nümayəndəsi Gevork Safaryan 9 dekabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün sənədləri mərkəzi seçki komissiyasına təqdim edib. SİA aysor.am-a istinadən xəbər verir ki, jurnalistlırə açıqlama verərkən partiya təmsilçisi istisna etməyib ki, “Sasna srer” parlamentə düşərsə, heç də bütün təklif olunan məsələlərdə hakimiyyətə dəstək verməyəcək.

Jurnalistlərin adıçəkilən partiyanın parlamentdə müxalifət cinahında dayanmaq ehtimalının nə qədər real görünməsi sualını da cavablandıran Safaryana görə, onlar hətta “inqilaba” dəstək verdisələr belə, sabah başqa hadisələr yarana bilər. “Biz, bəyan etmişdik ki, inqilabı dəstəkləyirik, ancaq sabah parlamentdə olarkən, əlbəttə ki, debatlar, düşüncə fərqlilikləri, hətta qarşıdurmalar yaşana bilər və bütün bunlardan sonra həqiqət yaranar”, deyə “Sassa srer” nümayəndəsi bildirib.

Safaryan seçki komissiyasına partiyasının siyahısındakı 10 yeri təqdim edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə