Ermənistan kommunistləri də seçkiləri boykot etdi

Ermənistan Kommunist Partiyası dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini boykot edib. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məsələ ilə bağlı partiya bəyanat yayıb.

Buna səbəb olaraq ölkədə sağlam olmayan siyasi mühit, qeyri-bərabər mübarizə şəraiti əsas göstərilib. Partiya bəyanatında Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı başlayan cinayət işlərini ittiham edib.

Qeyd edək ki, Ermənistanın Dövlət Gəlirləri Komitəsi “Gazprom Armenia” şirkətində iri maliyyə pozuntuları barədə məlumat yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə