"Ermənistan indi ortada qalıb” ÖZƏL-MÖVQE

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilmiş zirvə toplantısından erməni nümayəndə heyəti çaşqın və məyus ayrılıb. Orada Ermənistan rəhbərliyinin təklifini açıq və konkret surətdə rədd ediblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Məhərrəm Zülfüqarlı deyib ki, Ermənistanın yeni rəhbərliyi qərbyönümlü müəyyən siyasət yürüdür, amma bunu da tam yerinə yetirə bilmir: “Təbii ki, bu da Rusiyanın açıq narazılığına səbəb olur. Həm də Nikol Paşinyan hakimiyyətə gələndə KTMT-yə Ermənistan nümayəndəsi başçılıq edirdi. Paşinyan ona qarşı cinayət işi açdı və o həmin vəzifədən uzaqlaşdırıldı. Bunlar yenisini KTMT-yə təyin etmək istəsələr də həmin təşkilata daxil olan ölkələr razı olmadılar. Bu onu göstərir ki, sürüşkən millət, dövlət olan, "forpost" ölkə olan Ermənistanı artıq onun yaxın müttəfiqləri də tanıyır. Bunlar istənilən zaman öz müttəfiqlərinə də xəyanət edə bilər. Son vaxtlar isə Rusiya-Ermənistan münasibətlərinin kəskin şəkildə pisləşməyə doğru getməsi məhz Ermənistanın sürüşkən, qərbyönümlü siyasətə üstünlük verməyə başlamasıdır. Amma Qərb də Ermənistana inanmır. Çünki onlar da bunların xəyanətkar mövqeyini bilirlər. Ona görə də indi Ermənistan dövləti ortada qalıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə