Orduxan Teymurxanın bişərəflik titulu

Yaxud, bir şəhid oğluna qarşı törədilən nakişilik!

Hollandiyada saxta “siyasi mühacir” statusu altında erməni siyasətini dəstəkləyən, bilavasitə düşmənlə əlbir olub, Azərbaycan dövləti əleyhinə qarayaxma kampaniyaları düzənləyən Orduxan Teymurxan bu dəfə erməni dayıları tərəfindən ona verilmiş növbəti sifarişi həyata keçirməyə cəhd etsə də necə deyərlər, özü-özünü tələyə salıb. Daha dəqiq desək, şəhid ailələri üzərindən aşkar həyasızlıq və sözün həqiqi mənasında ləçərlik edən Orduxan guya kimlərinsə halına “yandığını” sərgiləyərkən, özü bir şəhid oğluna qarşı həqarət etdiyinin fərqinə varmayıb.

“Kentavr” ləqəbli bir casusa ən yaxşı halda vətənşivən adı yaraşdırıla bilər!

Məsələnin mahiyyətinə yanaşmamışdan öncə xatırlatmaq yerinə düşərdi ki, məhz həmin bu Orduxan Teymurxan facebook səhifəsində böhtan, qərəz və şantajlara əl atarkən, divar dibində var-gəl edərkən, ümumiyyətlə, nə qədər gədalıq, hətta “kişi” fahişəsi adına layiq olduğunu sərgiləyərkən bir daha, bu kimi titullara aid olduğunu sübuta yetirmiş oldu. Təkcə, aşağıdakı faktlara diqqət yetirək və sual edək: Azərbaycan Ordusu sıralarında xidmət keçməyən, Qarabağda qızğın döyüşlər gedərkən, öz doğma yurd-yuvasını qoyub Rusiyaya qaçan, sovet ordusunun silahlı qüvvələrində xidmətini keçdikdən sonra “Kentavr” ləqəbi ilə casusluq edən, hətta 1990-cı ilin qanlı yanvar günündə gecə ilə Bakıya gətirilmiş cəza dəstəsinin tərkibində olan bu ünsürün “vətənpərvər” olduğuna necə inanmaq olar?! Əlbəttə ki, heç cür. Ən yaxşı halda ona vətənşivən adı yaraşdırıla bilər!

Orduxan Teymurxan özünü bu cür tələyə salıb

İndi isə gələk mahiyyətə. Məsələ ondadır ki, Orduxan Teymurxan özünü guya “mübariz müxalifətçi” kimi təqdim edir və Azərbaycanda baş verən ən kiçik məişət hadisəsi ətrafında “tumanının balağını başına çəkib”, şivənlik salır - bu dəfə şəhid ailələri üzərində çirkin dividend qazanmaq məqsədi ilə. Daha dəqiq desək, bir şəhid anasına əsl oğul, mədəniyyətli insan və pois adına yaraşan tərzi ilə münasibət bəsləyən şəhid oğluna qarşı qərəz, həqarət, şər, böhtan və yalan yağdırıb. Guya həmin polisin şəhid anasına qarşı “qaba” rəftar göstərdiyini iddia edən Orduxan Teymurxan məhz bu anda özünü tələyə salıb. Bəlli olub ki, həmin polisə qarşı şər-böhtan və söyüş kampaniyası apararkən, bu polisin özünün şəhid övladı olmasınıın fərqinə vara bilməyib. Bu polis isə, hazırda erməni işğalı altında olan Şuşanın şəhadətə yetişmiş icra başçısı Sadiq Gözəlovun oğlu Müşfiq Gözəlovdur! Hətta “Meydan TV”-nin də kadrlarından görünür ki, polis əməkdaşı Müşfiq Gözəlov Şəhid anasına “anam, istəsəniz sizi öz maşınımla ünvana apararam” sözlərini işlədir, ümumiyyətlə, şəhid analarına-bacılarına qayğl göstərdiyi görünür. Amma nədənsə, Orduxan Teymurxan bunu “görmür”… Bunun isə yerinə başlayır erməni sifarişi ilə hürməyə, zingildəməyə və...

Olan isə yenə də Orduxana oldu…

Yuxarıda isə onun barəsində sadaladığımız faktlar qarlı bir kənarda. Və belə görünür ki, demə Azxərbaycan xalqına və dövlətinə düşməncəsinə münasibət bəsləyən bu murder unsure birdən-birə şəhid ana-bacılarımızın “qayğıkeşinə” çevrilir (???!!!-R.N.)

Beləliklə, məlum olub ki, Hollandiyada erməni artığı yeyən bu ikiayaqlı məxluq normal cəmiyyətdə çaşqınlıq yaratmaq, həqiqətə uyğun olmayan informasiyaları ictimai rəyə zorla sırımaq cəhdini göstərib. Ancaq haqq nazilər, üzülməz reallığını da nəzərə alarsaq, bu dəfə də, hər zaman olduğu kimi, haqqın onun yanında olmadığını tam əminliklə deyə bilərik. Olan isə yenə də Orduxana oldu. O, özünün və ətrafının nə qədər ucuz, ləyaqətsiz və bişərəf ünsürlər yığnağına aid olduqlarını bütün təfsilatı ilə sübuta yetirmiş oldu. Həqiqətdə, bu cür reallıqlar, faktlar, dəlillər, sübutlar isə kifayət qədərdir. Zaman-zaman onların hər biri ictimai rəyin diqqətinə çatdırılır. Bundan sonra da çatdırılacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə