Slovakiyanın Baş naziri Azərbaycana gəlib

Slovakiyanın Baş naziri Peter Pelleqrini bu gün Azərbaycana rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə