“Arif Əliyev AXC hakimiyyəti dövründə belə imicə malik olub” AÇIQLAMA

"Arif Əliyevin özünü "aparıcı media simalarından biri kimi" beynəlxalq aləmə təqdim etməsi onun bugünkü fəaliyyəti ilə yox, əsasən, onun keçmiş fəaliyyəti ilə daha çox bağlı ola bilər". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib.

Onun sözlərinə görə, Arif Əliyev AXC hakimiyyəti dövründə belə imicə malik olub: "Hazırda onu tanıyan hər kəsə məlumdur ki, Arif Əliyevin aparıcı media rəhbəri kimi, sonuncu dəfə təxminən 10 il bundan əvvəl xaricdən aldığı (bir milyon $ dollar) maliyyə yardımı hesabına bir il işıq üzü görmüş "Gün Səhər" qəzetinin baş redaktoru kimi fəaliyyəti bitib. O, son zamanlar, bildiyim qədər, əsasən beynəlxalq media qurumlarında media üzrə "tənqidçi ekspert" kimi çıxış edir və xaricdən " müxalif və müstəqil media"nın inkişafına ayrılan maliyyə yardımlarının tənzimlənməsi ilə məşğul olur. Arif Əliyevin ölkə mediasını tənqid etməsinə, əgər səmimi tənqiddirsə, normal yanaşmaq olardı. Lakin son zamanlar Arif bəyin ölkə mətbuatı barədə tənqidi fikirlərində daha çox qərəz, böhtan və bu kimi mənfi rəylərin yer alması aydın hiss olunur. Arif bəyin ölkə mediası haqqında bu cür qərəzli, böhtan xarakterli fikirlərini heç şübhəsiz ki, xaricdən maliyyə yardımı ayıran mərkəzlərin tələbi ilə yerinə yetirməsini də ehtimal etmək olar".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə