“Satqın cütlük öz iyrənc əməllərini açıq şəkildə davam etdirməkdədir” AÇIQLAMA

“Leyla və Arif Yunusların dövlətimizə və xalqımıza qarşı münasibətlərində illərlə davam edən böhtanın, iftiranın, kinin, qərəzin və qəzəbin kökündə erməni lobbisi, ermənilərin havadarları, eləcə də, dövlətimizə qarşı təzyiq kimi bu cür milli satqınlardan istifadə edən bir çox reket beynəlxalq təşkilatların diktəsi və maliyyə dəstəyi dayanır”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, təəssüf ki, zaman-zaman olduğu kimi bu gün də qeyd olunan satqın cütlük öz iyrənc əməllərini açıq şəkildə davam etdirməkdədir: “Vaxtilə bunların verdikləri, tərtib etdikləri saxta hesabatların əsasında erməni lobbisinin dəstəyi ilə Avropanın bəzi qurumları Azərbaycanda guya demokratiyanın, insan hüquqlarının pozulmasını əllərində bayraq edərək ölkəmizə qarşı təzyiqlər etməyə vərdiş etmişdilər. Bu reket təşkilatlar insan hüquqlarını qorumaq adı altında müxtəlif iri məbləğlərlə ifadə olunan qrant layihələri həyata keçirərək böyük maliyyə fırıldaqlarını reallaşdırırdılar, onların Azərbaycandakı tərəfdaşları qismində Leyla Yunusun rəhbərlik etdiyi təşkilat idi. Leyla və Arif Yunusların fəaliyyəti ifşa olunandan sonra haqlı olaraq onların rəhbərlik etdikləri Sülh və Demokratiya İnstitutu adlı saxta qurumun fəaliyyətinə son verildi. İllərlə erməni lobbisinin tikəsi ilə dolanan “məşhur” cütlük fəaliyyətlərini Avropadan davam etdirməyə qərar verdilər. Leyla Yunusun vəkili olmuş Elçin Qəmbərovun qələmə aldığı “Leyla Yunusun parlaqlığı və səfaləti” əsərində onun hansı hoqqalardan çıxdığı, öz dövlətinə, xalqına düşmən mövqeyində dayanmasının səbəbləri, hətta həbsdə olduğu dönəm də biabırçı rəftarı aydın ifadə olunub. Bu cütlüyü maraqlandıran bir məqam olub. Azərbaycana qarşı erməni lobbisinin çirkin oyunlarının icrası müqabilində pul qazanmaq. Təəssüf edirəm ki, bu rəzalət onların hər ikisinin boyuna biçilmişdir. İndi də növbəti cızma qaraları ilə xislətləri ortaya qoyaraq missiyalarını davam etdirirlər. Onların şər-böhtandan ibarət cızma qaralarının mənbəyi yenə də erməni lobbisidir. Qüdrətli ölkəmizin imicinə əsla kiçicik belə kölgə sala bilməyən bu tip fəaliyyət yalnız ürək bulandırmaqdan ibarətdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə