“Şər əməllər elə yazıldığı və deyildiyi andan fiaskoya məhkumdur” AÇIQLAMA
"Bunların yazdığı bu kitab aydın məsələdir ki, həm erməni lobbisinin həm də anti-Azərbyacan qüvvələrin sifarişi əsasında yazılıb”. Bunu SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.
Onun sözlərinə görə, kitab xalqımızı aşağılayan iftira dolu ifadələrlə hazırlanıb: “Bu insanlar kitab yazmamışdan da qabaq bütün açıqlamalarında himayədarlarının buyruğuna uyğun olaraq anti-Azərbaycan mövqe sərgiləmişlər. Hətta işğalçı Ermənistanı da müdafiə etməkdən belə çəkinməmişlər. Bu dəfə isə bu fikirlərini kitaba köçürərək ermənilərə sevgilərini nümayiş etdiriblər. Bununla da kitabın hazırlanmasına yüksək məbləğdə maliyyə yardımı alaraq himayədarlarının sifarişini yerinə yetirməyə çalışıblar. Lakin iftira ilə dolu olan bu kitab xalq tərəfindən nə qəbul olunur, nə də oxunur. Bu kitab yox şər xarakterli yazı parçasıdır. Elə ilk sətirlərindən sifarişlə hazırlandığı məlum olur. Bu insanlar Avropaya sığınaraq maliyyə qazanmaq və mövcudluqlarını qorumaq naminə bütün anti-Azərbaycan qüvvələrlə əməkdaşlıq etməyə hazırdırlar. Bunların məqsədi xalqı düşünmək yox, şəxsi mənafelərini hər vasitə ilə qorumaqdır. Hətta şeytan da əməkdaşlıq təklif etsə bunlar təbii ki, onunla da razılaşarlar. Bunların daxilindəki şəxsi maraq hisləri artıq bütün sərhədləri keçib. Əllərində bayraq etdikləri demokratiya anlayışını bunlar özləri dərk etmirlər. Demokratiya şər, böhtan, təhqir etmək deyil. Demokratiyanın özünə çatmaq üçün xalqa demokratik ənənələri mənimsətmək üçün keçilən yolun özü əslində çətin bir prosesdir. Demokratiya yüz illərlə yaranan bir prosesdir. Demokratik yolun birinci pilləsi isə ilk növbədə təhlükəsizlik, stabillik və güclü iqtisadi dövlətçilik bazasının yaradılmasından keçir. Bütün bunlar isə artıq cəmisi 27 illik müstəqillik tariximizdə aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda yaradılmışdır. Bu gün Azərbaycan demokratik inkişafa doğru inamla addımlayır. Bizim indi bu yolda bir maneəmiz var o da Qarabağın azad edilməsi. Məhz bunu anlayan düşmənlərimiz bu cür insanların vasitəsi ilə bizi məqsədimizdən yayındırmağa çalışır və xalqı aldatmağa cəhd edirlər. Lakin Azərbaycan xalqı ağı qaradan seçməyi çox gözəl bacarır. Xalq bu gün öz prezidentinin apardığı siyasətin yanındadır və onun tam qələbəsinə inanır. Bu cür böhtan və şər əməllər isə elə yazıldığı və deyildiyi andan fiaskoya məhkumdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə