Lukaşenko azərbaycanlı səfirlə nə danışdı? KTMT

Belorus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi postuna üç namizəd təklif edə biləcəyini deyib. SİA xəbər verir ki, bu barədə Belorusun rəsmi BelTA dövlət agentliyi məlumat verib. “Məndə bu günə qədər üç namizəd var ki, onları KTMT-nin baş katibi vəzifəsinə təklif edə bilərəm”, -deyə adıçəkilən sayt Belorus prezidentinin sözlərini Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla söhbətində dediyini qeyd edir.

“Bununla yanaşı, dövlət başçısı bildirib ki, ötən həftə KTMT-nin Qazaxıstanda keçirilmiş sammitində təşkilatın baş katibinin dəyilşdirilməsi məsələsi əsas müzakirə obyekti olmayıb”, Belorus saytı yazıb.

Lukaşenko əsas olaraq, ilk məsələnin KTMT xaricində olan ölkələrdəki siyasi vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib.

Xatırladaq ki, hərbi alyansın Ermənistandan olan baş katibi Yuri Xaçaturovun vəzifəsinə vaxtından əvvəl xitam verilib və bu ölkənin 2020-ci ilə qədər həmin postu tutmaq şansı demək olar ki, itirilib. Buna səbəb, Nikol Paşinyan hakimiyyətinin Xaçaturovla bağlı cinayət işi açmasıdır.

Ermənistan tərəfi onun yerinə başqa namizədin seçiləcəyini iddia etsə də, dekabrın 6-da baş katib vəzifəsinə əlifba sırası ilə Belorusdan olan namizədin seçiləcəyi daha çox ehtimal edilməkdədir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə