"Ermənistana tərs şillə güvəndiyi təşkilatdan gəldi" ŞƏRH-ÖZƏL

“Ermənistan bu dəfə ağır zərbəni, tərs şilləni çox güvəndiyi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) aldı. Bu, əslində gözlənilən idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, çünki istər Ermənistan, istərsə də əli Azərbaycan xalqının qanına bulaşmış, eyni zamanda, bir zamanlar öz xalqının qanını tökmüş cinayətkar Xaçaturov KTMT üçün artıq əməli-başlı başağrısı idi, onun üçün ciddi problemlər yaradırdı.

Deputatın sözlərinə görə, çox yaxşı haldır ki, bunu KTMT-nin üzvü olan digər dövlətlər, onların liderləri də zamanında (bəlkə də bir qədər gec) başa düşdülər və özlərini Xaçaturov biabırçılığından qurtardılar: “Bu, həm də Azərbaycanın, KTMT-nin üzvü olmasa da, bu quruma təsirini, onun çəkisini və nüfuzunu bir daha açıqlığı ilə ortaya qoydu. Yəni, KTMT-dəki dövlətlər belə bir mövqe sərgiləməklə həm də Azərbaycanla münasibətləri daha üstün tutmuş, onunla hesablaşmış oldular”.

E. Səlimov hesab edir ki, bu məsələ Ermənistanda mövcud olan qeyri-sabit durumu daha da gərginləşdirəcək: “ Ermənistan r bu uğursuzluğun şokunu hələ çox yaşayacaq. Necə ki, Ermənistan öz işğalçılıq və təzavüzkarlıq siyasətlərindən əl çəkməyib, şovinizm xəstəliyindən qurtulmayıb, onların uğursuzluqlarının davamı ard-arda gələcək. Ermənistan belə davam etsə, daha da təcrid olunmuş vəziyyətə məhkum olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə