Tramp Putin, Makron və Markellə Suriyanı müzakirə edib

"Donald Tramp Fransada keçirilən Birinci Dünya müharibəsinin 100-cü ildönümünə həsr olunmuş tədbirlərdə Rusiya prezidenti Vladimir Putin, Fransalı həmkarı Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və digər dünya liderləri ilə məhsuldar müzakirələr aparıb". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sanders açıqlayıb.

" Bu gün prezident həmkarları Makron, Putin, kansler Markel və digər dünya liderləri ilə görüşərək, nüvə müqaviləsi, Suriya, ticarət, Səudiyyə Ərəbistandakı vəziyyət, sanksiyalar, Əfqanıstan, Çin və Şimali Koreya daxil olmaqla bir sıra müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Onlar iki saat davam edən nahar müddətində məhsuldar və mühüm müzakirələrə aparıblar", -deyə mətbuat katibi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin də Parisdə həmkarı Donald Trampla söhbətləşdiyini açıqlamışdı. O görüşün necə keçirilməsi ilə bağlı suala "yaxşı keçdi" deyə cavablandırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə