"Beynəlxalq erməni terrorizmi dəstəyini mafiyanın pulları hesabına alır" ÖZƏL-RƏY

“Almaniya polisi 4 ildir erməni mafiyasının izində olsa da, hələlik bu cinayətkar təşkilat üzvlərinin müəyyən edilməsi işləri davam etdirilir. Alman polisinin bu əməliyyatları barədə ilk məlumatı tanınmış Şpigel jurnalı yaymışdır. Ermənilərin mütəşəkkil cinayət şəkilində təşkilatlanmasının tarixi 100 ildən artıqdır. Bu cinayətkar qruplar və oların törətdikləri əməllər barədə indiyə qədər ictimaiyyətə yüzlərlə faktlar mövcuddur”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, alman poilsinin hazırki narahatlığı konkret olararaq ən yaxın dövrü əhatə edir: “Almaniyada erməni mafiyasının beynəlxalq əlaqələrinin olması faktı polisin işini daha da çətinləşdirir. 2014-cü ildə İtaliyanın Neapol şəhərində 125 min avro saxta pulu dövriyyəyə buraxmağa cəhd edərkən həbs olunan ermənilər sonradan müəmmalı şəklidə azadlığa buraxılmışdılar. İtaliya mafiyasının dəstəyi ilə azadlığa çıxan iki ermənin Hannover şəhərində yaşadığı da üzə çıxmışdır. Beynəlxalq erməni terrorizmi öz əsas dəstəyini də mafiyanın pulları hesabına alır. Erməni mafiyası saxta pul, qadın alveri, insan orqanlarının cinayət yolu ilə əldə etmə və satma, şantaj, kontrabanda ilə məşğuldur. Bu mafiya üzvləri ABŞ və Rusiyada xüsusilə aktivdirlər. Lakin son zamanlar Avropa və ABŞ-da erməni mafiyasına qarşı ciddi tədbirlər görülür”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...