Türkiyə və ABŞ prezidentləri Parisdə görüşdülər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə ABŞ lideri Donald Tramp ilə görüşüb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, görüş Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Parisə gəlmiş dünya liderlərinin şərəfinə Fransa Prezidenti Emmanuel Makron tərəfindən verilən ziyafətdə baş tutub.

Axşam yeməyi zamanı yan-yana oturan Rəcəb Tayyib Ərdoğan və Donald Tramp bir müddət söhbət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə