Azərbaycan bayrağı Ukraynanın ən hündür göydələnində

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna nümayəndəliyi Azərbaycan Dövlət bayrağının 100 illiyinə həsr olunmuş təbrik tədbiri təşkil edib. Şirkətin Ukrayna nümayəndəliyindən verilən məlumata görə, Azərbaycan bayrağının 100 illiyi münasibətilə Dövlət bayrağımız Ukraynanın ən hündür göydələninin - "Gulliver" Ticarət və əyləncə mərkəzinin fasadında əks olunub.

Ukraynanın bütün bölgələri üzrə SOCAR-ın bütün yanacaqdoldurma şəbəkələrində, eləcə də şirkətin rəsmi internet saytında Azərbaycan bayrağının ölkənin həyatında böyük qələbələr və mühüm hadisələrin simvolu olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə