“Leyla və Arif Yunuslar ermənilərin əlində alətə çevriliblər” AÇIQLAMA

"Leyla və Arif Yunus cütlüyünün yazdıqları kitabın Azərbaycan dövlətinə qarşı şər-böhtandan ibarət olması, onları maliyyələşdirənlərin ermənilər olduğuna heç bir şübhə yeri qoymur". Bunu SİA-ya açıqlamasında “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Buna da təbii baxmaq lazımdır: "Tarixdən hər birimizə yaxşı bəllidir ki, ermənilər daim çirkin məqsədlərinə nail olmaq üçün içimizdəki satqınlardan, nankorlardan dövlətimizə qarşı daim istifadə ediblər və bu hal bu gün də davam edir. Leyla və Arif Yunusların ermənilərin əlində alətə çevrildikləri artıq çoxdan təsdiqini tapıb və xalq bu tiplərin yazdıqları, qayəsi şər-böhtandan, iftiradan ibarət olan kitablara inanmır, əksinə, hətta nifrət hissi ilə yanaşır. Artıq xalq xaricdə düşmənlərimizin qucağında oturub, onların maliyyə yardımı ilə dövlətimizə qarşı məkrli siyasət həyata keçirənlərin iç üzünü yaxşı tanıyır. Ona görə də şər-böhtan və iftiradan ibarət olan kitabların yazılması daxildən daha çox xaricdə ölkəmiz haqqında mənfi rəy yaratmağa və beləliklə, ölkəmizin haqq işinə ləkə salmağa və dövlətimizə qarşı təzyiqləri artırmağa xidmət edir. Lakin ölkə Prezidenti İlham Əliyevin apardığı qətiyyətli və davamlı uğurlu xarici siyasət nəticəsində Azərbaycanın nüfuzu beynəlxalq aləmdə yüksəlir. Bu da Azərbaycanı regionun lider dövlətinə çevirib".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə