“Arif Yunusun ermənilərlə çox yaxın qohumluq əlaqələri var” AÇIQLAMA

"Leyla və Arif Yunusların bütün fəaliyyətləri Azərbaycan əleyhinə yönəlmiş bir fəaliyyətdir". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, onlar bütün varlıqları ilə bizim tarixi düşmənimiz olan ermənilərə bağlıdırlar: "Bunu artıq Azərbaycanda hər kəs bilir ki, Arif Yunusun ermənilərlə çox yaxın qohumluq əlaqələri var. Leyla Yunusda bu vasitədən istifadə edib, hələ 1988-1989-ci illərdən erməni lobbisi ilə yaxın əlaqələr qurmuşdur. Hələ o zaman araşdırmalar zamanı Ermənistan xüsusi xidmət orqanlarının başında duran Davidyan soyadlı şəxslə L.Yunusun çox ciddi yaxın əlaqələri ortaya çıxdı. Rusiya və Avropada olan ayrı-ayrı erməni lobbilərinin rəhbərləri ilə L.Yunusun ciddi əlaqələri olunduğu faktları da aşkar olundu. Bütün bunlar artıq onu deməyə əsas verir ki, Leyla və Arif Yunuslar tam şəkildə erməni lobbisinin maraqlarına xidmət edirlər. Bu gün yazdıqları kitab da təbii ki, həmin məqsədi güdür və erməni lobbisinin sifarişi əsasında işıq üzü görüb".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə