“Vətəndaş sazişi” kriminal dairələrlə yaxındır "JAMANAK"

Ermənistanın “Jamanak” qəzetinin yazdığına görə, ölkənin heç bir hakimiyyəti kriminal dairələrin xidməti olmadan seçkilərə gedə bilmir. SİA xəbər verir ki, adıçəkilən nəşrin yazdığına görə, Nikol Paşinyan hakimiyyəti hazırda öz seçki siyahılarına birbaşa kriminal şəxsləri deyil, onların ailə üzvlərini salmaqla, bu xidməti gizlətməyə çalışır.

“Xüsusilə, Kanaker-Zeytun administrativ rayonundakı məntəqədə “Vətəndaş sazişi” partiyası tanınmış kriminal avtoritet, “Tuy” ləqəbli Artur Kazaryanın bacısının namizədliyi barədə müzakirələr aparır”, deyə yazan erməni qəzeti bu məsələnin ictimaiyyət arasında narazılıqla qarşılanacağını da istisna etməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə