Elmar Məmmədyarov: "Ermənistanın inkişafı münaqişənin həllindən asılıdır"

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin Ermənistana gətirəcəyi inkişaf barədə konkret ismarıclar son vaxtlar beynəlxalq ictimaiyyət tərəfindən tez-tez səslənir. Mürəkkəb geostrateji bölgədə yerləşən ölkəmizin müstəqil, praqmatik, tarazlı və çevik xarici siyasət kursu, həm islam dünyası, həm də qərb ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına imkan yaradır. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov trend-ə müsahibəsi zamanı bildirib. Nazir qeyd edib ki, bu gün ölkəmizin ərazilərini işğal altında saxlayan Ermənistanı çıxmaq şərtilə Azərbaycanın bütün dövlətlərlə əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri mövcuddur.

Bütün dövlətlərlə dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, beləliklə də beynəlxalq sülh və təhlükəsizliyə töhfə verilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdəndir. Xarici işlər Naziri Elmar Məmmədyarov belə deyib. nazir vurğulayıb ki, ölkəmizin 2018-ci ildə beynəlxalq mövqeləri daha da möhkəmlənib və bütün dünya Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir.

Elmar Məmmədyarov qeyd edib ki, qəbul edilmiş sənəd və bəyanatlarda Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edir. Nazir, Ermənistanın yeni siyasi rəhbərliyindən danışıqlar prosesində real və konkret nəticələr gözləmək olarmı? sualına isə belə cavablandırıb.

Xarici işlər naziri sonda əlavə edib ki, artıq bir müddətdir ki, xarici əlaqələrdə üçtərəfli, hətta dörd tərəfli əməkdaşlıq formatlarında görüşlər keçirilir və bu formatlar, qarşılıqlı maraq və məqsədləri bölüşən ölkələrin əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə yanaşı, bölgənin təhlükəsizliyinə verilən töhfədir. İstanbulda keçirilən üçtərəfli görüşlər və istanbul bəyannaməsinin qəbul edilməsi bunun bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...