Müxtəlifçi “müxalifətçilik”

Bu gün özlərini “müxalifətçi” adlandıran və bu ad altında müxtəlif şəbehlərdən, oyunbazlıqlardan çıxanlar kifayət qədərdir. İstər ölkədə, istərsə də ölkədən kənarda var-gəl edib, qazanc güdən siyasi ləçərlər və gədalar toplumu, yaxud yığnağı sanki hakimiyyət təmsilçilərinin, yaxud hakimiyyətin siyasətinə dəstək verən kəslərin necə deyərlər, ağızlarını güdürlər. Güdürlər ona görə ki, deyilən sözlərinin əksinə hansı əks-ifadəni işlədib, cəmiyyətdə “real müxalifətçi” kimi tanınsınlar. Amma gəlin görək, müxtəlif məsələlər kontekstindən hadisələrə öz təbirlərincə yanaşmalar edən həmin yığnaq hansı ifadələrin ucundan tutub, ucuzluğa gedirlər?

“Milli Şura”nın lediciyi Güliçka “xanım” Hacıbəyli millət vəkili Vahid Əhmədovun hər hansı bir neqativ hal barədə danışmasını əlində “əsas” tutub, AXCP sədrinin müavini Gözəl Bayramlının Gürcüstanda fəaliyyət göstərən və gizli bank rolu oynayan, eləcə də erməni lobbisinə bağlı olan bir qurumdan aldığı 12 min dolları heç bir sənəd olmadan ölkə ərazisinə keçirmək cəhdini malalayıb. Yəni iddia edib ki, demə bu pul Bayramlının “halal” puluymuş. Sonra da deyir ki, həmin pulu onun çantasına “atıblarmış” (?!-R.)

Yaxşı, əgər “halal” puluydusa, G.Bayramlı hansı səbəbdən ABŞ əskinaslarını gizli şəkildə keçirməyə cəhd edib? Yaxud, bu pulları onun çantasına “atıblarsa”, onda “halal pul” məsələsi haradan pırttıyıb-ortaya çıxdı?

Əslində, halal-haramçılığa qalanda, Güliçka “xanımın” bu barədə danışmağa ümumiyyətlə haqqı-zadı yoxdur. Elə də uzağa getməyərək, BAXCP sədri Niyaməddin Orduxanlının Güliçkanın millət vəkili olduğu zamanlarda, yəni “gur-gur gurladığı” vaxtlarda sadə adamların torpaq sahələrini qanunsuz yollarla mənimsəməsini təsdiq edən çoxsaylı və sənədli-sübutlu faktlarını yenidən ortaya qoya bilərik. Ona görə də, daha yaxşı olardı ki, Güliçka “xanım” müxtəlifçilik edərək, müxalifətçi olduğunu cəmiyyətə zorla sırımasın. Yoxsa, qabaqkı əməlləri lap çox iy verər!

Yaxud, götürək Vidadi İsgəndərlini – yəni Vidoşu...Vidoş da ki, nə Vidoş! Düşüb ortaya və sanki prokuror işlədiyi vaxtlarda insanların qanına necə susadığını unudaraq, “haqqdan-ədalətdən” dəm vurur. Bir Vidoş ki, hətta dost-doğma dədəsinin qəbrinin adına belə, nalayiq olanlar qurub, hakimiyyətin üzərinə ləçərcəsinə şər atdı. Amma nə oldu? Yaşadığı kəndinin, el-obasının camaatı, qohum-əqrabası belə, çıxdılar ortaya qəbirə qarşı heç bir təhqirin, vandalizm aktının olmadığını dedilər. Yaxşı, bəs həmin qondarma video harada çəkilmilşdi? Əlbəttə ki, başqa bir sahibsiz qəbir üzərində! V.İsgəndərli isə ən alçaq və namussuz məxluq kimi həmin qəbrin atasına mənsub olduğunu deyərək, rəhmətliyin ölüsü üzərində özünə idbar siyasi oyun düzüb-qoşmuşdu!

Eləcə də Orduxan, Tural, Məhəmməd və başqalarının şəxsi həyatlarındakı murdarlıqlarını, qeyri-insani, satqın və xəyanətkarlıq obrazlarını ortaya qoyarsaq, biz bu məxluqatların müxtəliflik üzərində qurulmuş “müxalifətçiliklərinin” şahidləri ola bilərik. Sadəcə, yenidən hər şeyi yenidən uzadıb-ucuzluğa getmək bizim peşəmiz deyil. Bizim peşəmiz bax bu cür siyasi həşəratları, manqurt və şantajçıları davamlı olaraq, ifşa edərək, cəmiyyətə təqdim etməkdir. Necə ki, indi də edirik, bundan sonra da edəcəyik...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...