Tramp Putinlə görüşəcəyini təsdiqlədi

ABŞ prezidenti Donald Tramp Fransının Paris şəhərində keçiriləcək Birinci Dünya Müharibəsinin 100 illiyinə həsr olunan mərasimdə rusiyalı həmkarı Valdimir Putinlə görüşəcəyini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib: " Görüş hələ təşkil olunmayıb, amma biz yəqin ki, görüşəcəyik".

Qeyd edək ki, görüşlə bağlı razılıq bundan əvvəl Moskvaya səfər edən ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov arasında keçirilən görüşdə əldə olunub.

Uşakovun sözlərinə görə, Parisdə keçiriləcək tədbirdən sonra liderlər arasında görüş noyabrın 11-də baş tutacaq. Görüşün müddəti liderlərin istəyindən asılı olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə