“Bu, Azərbaycanın dünyada böyük nüfuz sahibi olmasının göstəricisi idi” AÇIQLAMA

"Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycan nəinki, regionda, ümumiyyətlə dünyada öz iqtisadi, siyasi, hərbi gücü ilə tanınır və qəbul edilir". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, məhz bu uğurların nəticəsi olaraq ölkəmiz 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini BMT Təhlükəsizlik Şurasında təmsil etdi: "Qətiyyətlə demək olar ki, ölkəmiz bu missiyanı uğurla həyata keçirdi. O zaman Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsinə 193 dövlətdən 155-i lehinə səs vermişdi. Bu dəstək Azərbaycanın dünyada böyük nüfuz sahibi olmasının göstəricisi idi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan inkişafa, tərəqqiyə əsaslanan siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurların əsas səbəbi də məhz xarici siyasətdə varisliyin təmin edilməsi və Dahi Öndər Heydər Əliyev kursunun müasir reallıqlara uyğunlaşdırılmaqla tətbiq olunmasıdır. Təbii ki, bu uğurlar davamlı xarakter daşıyacaq".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə