“BMT TŞ-na qeyri-daimi üzv seçilməklə xarici siyasətimizin nə qədər uğurlu olduğu təsdiqləndi” AÇIQLAMA

“Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasətin nə qədər uğurlu olduğunun təsdiqi idi”. Bunu SİA-ya açıqlamasında AGAAMC-nın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, baxmayaraq ki, proses böyük rəqabət şəraitində keçdi, kifayət qədər nüfuzlu və dünya xəritəsində oturuşmuş dövlətlərlə rəqabət aparırdıq və müstəqilliyimizin yaşı da çox deyildi, amma biz qələbə qazana bildik: “Beləliklə, 17 mərhələdən keçərək BMT kimi ən mötəbər BMT Təhlükəsizlik Şurasında iki il qeyri-daimi üzv olduq. O zaman Azərbaycanın qeyri-daimi üzv seçilməsinə 193 dövlətdən 155-i ölkəmizin lehinə səs vermişdi. Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil etdi və bu missiyanı uğurla yerinə yetirə bildi. Bu, illərdə həyata keçirilən işlərin, Azərbaycanın dünya dövlətləri arasında etibarlı tərəfdaş olmasının, beynəlxalq platformalarda, ikitərəfli münasibətlərdə özünütəsdiqin ifadəsi, diplomatik-siyasi uğurumuz idi. Hesab edirəm ki, aradan keçən yeddi il ərzində dövlətimizin nüfuzu beynəlxalq aləmdə daha da artmışdır, xarici siyasət kursumuz hər zaman dünyada gedən gərgin qlobal münasibətlər sistemində düzgün mövqe sərgiləyə bilmişdir. Eyni zamanda, Azərbaycan həm siyasi, həm iqtisadi müstəvilərdə dünyada daha da güclü söz sahibinə çevrilə bilmişdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə