"Mİnsk qrupu ölkələri Qarabağda sülhün təmin olunmasında maraqlıdırlar"

"Qarabağ münaqişəsi Vaşinqton və Moskvanın mövqelərinin üst-üstə düşdüyü bir neçə məsələlərdən biridir". SİA-nın xəbərin görə, bunu Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyan bildirib.

Rusiya ilə ABŞ arasında münasibətlər çox gərgin olduğunu xatırladan birlik sədri söyləyib ki, lakin buna baxmayaraq ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Zaqafqaziya regionunda, xüsusilə Qarabağda sülhün təmin olunmasında maraqlıdırlar: "Burada amerikalılar, Rusiya və Fransanın timsalında avropalılar təmsil olunurlar. Bu unikaldır. Lakin Rusiya sərhədləri yaxınlığında münaqişəyə heç bir maraq göstərmir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə