Azər Həsrət: “Dövlətimizə böyük etimad var” AÇIQLAMA

“Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü dövlətimizi görsəydilər onunla qürur duyardılar”. Bunu SİA-ya açıqlamasında Siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, həqiqətən də Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi ilə qürur duyulacaq dövlət kimi özünü təsdiq edib: “Hətta AXC qurucularının xəyal etmədiyi bir şəkildə uğurlara, nailiyyətlərə imza atılıb. Aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində ölkəmiz dünyanın ən nüfuzlu təşkilatlarının üzvüdür, rəhbər qurumlarına seçilir, söz sahibidir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsidə o qəbildəndir. Həm də, nəzərə almaq lazımdır ki, mötəbər quruma böyük səs çoxluğu ilə, dünya dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə seçilmişdik. Bu isə bir daha təsdiq edir ki, dövlətimizə böyük etimad var, bizə inanırlar və güvənirlər. Təbii ki, BMT kimi nüfuzlu qurum Azərbaycanın apardığı xarici siyasətin uğurunu təsdiq edir. Prezident İlham Əliyevin bu yöndə apardığı siyasət, atdığı addımlar və dünyada dövlətimizin mövqeləri getdikcə möhkəmlənir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə