"Ölkə başçısının regionlara səfəri məmurlarda məsuliyyət yaradır" ÖZƏL-MÖVQE

“Prezident İlham Əliyev fəaliyyəti dövründə regionalara yüksək diqqət və qayğı göstərir. Bu mənada ölkə başçısının səfərləri xüsusi əhəmiyyət kəsb edir”. Ölkə başçısının sosial siyasətinə münasibət bildirən internet-media ekspert Səbuhi Abbasov SİA-ya açıqlamasında diqqət və qayğının ilbəil artdığını deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti xalqın sosial rifahının yüksəldilməsi ilə bağlıdır: “Bu mənada regionlarda yaşayan insanlar xüsusi diqqət və qayğı tələb edir. Bilirsiniz ki, artıq uzun müddətdir ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar icra edilməkdədir. Məhz bu proqramların uğurlu icrası nəticəsində regionlarımiz ilbəil inkişaf edir, Avropa standartlarına inteqrə olunurlar. Bu proses də özlüyündə insan faktoruna ciddi təsir edir. Regionlarda sosial rifah yüksəlir, yeni iş yerləri açılır, sahibkarlar üçün yeni imkanlar yaradılır. Bu mənada Prezidentin regionlara səfəri xüsusi əhəmiyyət kəsb edir. Ölkə başçısı verdiyi tapşırıqları yerindəcə yoxlaması məmurlardan məsuliyyət yaradır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə