Politoloq: "Qanunsuz səfərdə erməni lobbisinin əli var" MÖVQE-ÖZƏL

Fransanın Sent-Etyen şəhərinin meri Qael Perdrionun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri Azərbaycan qanunlarını kobud şəkildə pozmaqla yanaşı eləcə də Fransa milli qanunlarına zidd atılan addımdır”.Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Qanunsuz səfər çərçivəsində imzalanan “Dostluq haqqında Bəyannamə”sinin qəbul edilməz olduğunu deyən politoloq söyləyib ki, bu addım Fransının ATƏT-in Minsk qrupunda vasitəçilik missiyasına xələl gətirir: “Qanunsuz səfəri qətiyyətlə pisləyirəm. Düşünürəm ki, rəsmi dairələr tərəfindən də məsələ ciddi reaksiyalar verilir və bu davamlı olmalıdır. Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Fransa səfirliyinə müraciət etməlidir”.

R.Məmmədov qeyd edib ki, Fransa tərəfindən atılan belə addımlar ölkəmizə qarşı qeyri-səmimi münasibət kimi sərgilənə bilər: “Biz Fransada güclü erməni lobbisinin fəaliyyət göstərdiyini bilirik. Bu qanunsuz səfərdə Sent-Etyen şəhərinin merini Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbulan müşayiət etdiyini nəzərə alsaq, atılan addımda erməni lobbisinin əli danılmazdır”.

Qanunsuz səfər zamanı imzalanan sənədin heç bir qüvvəyə malik olmadığını deyən politoloq söyləyib ki, Fransa hökumətini belə addımların qarşısının alınması istiqamətində addımlar atmalıdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...