“Paşinyan da sabotaja rəvac verib” İONNİSYAN

Ermənistan parlamentinə keçiriləcək növbədəənkənar seçkilərlə əlaqədar, seçki kodeksinə ediləcək əlavə və dəyişiklikləri ehtiva edən layihənin qəbul olunmamasında respublikaçılar, daşnaklar, “Çiçəklənən Ermənistan” partiyası ilə yanaşı, Paşinyan hakimiyyəti də günahlandırılır. SİA xəbər verir ki, hökumətin islahatlar komissiyasının katibi Daniel İonnisyan Facebook səhifəsində bununla bağlı yazıb ki, layihənin iflasa uğramasında yalnız respublikaçılarla daşnakları və “Çiçəklənən Ermənistan” partiyasını deyil, eyni zamanda, Paşinyan hakimiyyətini də ittiham etmək lazımdır.

“Nikol Paşinyan gözlənilmədən dekabr ayında növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edərək, mümkün sabotaj ehtimalını artırdı. Seçkilərə qədər seçki kodeksinin islahatı Paşinyanın həlledici vədi idi”, yazan İonnisyan hesab edir ki, kodeksi dəyişdirmədən, seçki prosesinə başlamaq səhv addım idi: “Məhz kodeks dəyişdirildikdən sonra sabotaj var verdiyi halda, parlamentə ictimai təzyiq göstərmək imkanı yaranardı. Ümid edirəm ki, hələ situasiyanı dəyişdirərək, kodeksi dəyişdirmək mümkün olacaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə