“Saytlar var ki, orada mətbuatla əlaqəsi olmayan keçmiş məhkumlar çalışırlar” AÇIQLAMA

"Reketçilklə mübarizə Azərbaycan mətbuatın ən böyük problemlərindən biridir". Bunu SİA-ya açıqlamasında “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə edəndən və müstəqil media formalaşandan sonra bu problem gündəmdə olub və daim müzakirələr aparılıb: "Bu məsələnin həll yolları ilə bağlı müxtəlif təkliflər səsləndirilib. Mətbuat Şurası formalaşdırılandan sonra da reketçilikə mübarizədə xüsusi komissiya fəaliyyətdədir. Müətamadi bu istiqamətdə meydana çıxan şikayətlər komissiyada araşdırılır və müvafiq qərarlar qəbul olunur. Bildiyiniz kimi, reket mətbuatının qara siyahısı var. Bu qara siyahı KİVDF xətti ilə dövlət yardımları olarkən və dövlət orqanlarının münasibətlər qurularkən nəzərə alınır. Yəni dövlət orqanları baxırlar ki, hansısa bir mətbuat orqanının adı bu qara siyahıda varsa onunla əməkdaşlıqdan yayınırlar. Amma reallıq göstərir ki, biz bu problemin kökünü kəsə bilməmişik. İnternet medianın gündəmə gəlməsindən sonra bu problem daha da aktuallaşıb. Misal üçün əvvəllər reket qəzetlərin buraxılması üçün müəyyən maliyyə tələb olunurdu. Qəzet çapı çox maliyyə tələb edən işdir. Amma sayt açmaq o qədər problem deyil. Kiminsə razılığını almağa ehtiyac yoxdur. Yəni çox kiçik məbləğ müqabilində saytı istifadəyə verib, orada jurnalist fəaliyyəti ilə məşğul olmaq və bu üzdən iraq məqsədləri həyata keçirmək imkanı mövcuddur. Uzun illərdi reketçilikl fəaliyyət ilə məşğul olurlar və şəxsi qazanc əldə etmək üçün bundan istifadə edilər. Son vaxtlar dövlət xətti ilə qanunvericiliyə edilən dəyişikliklər çərçivəsində bu saytların bəzilərinə blok qoyulur. Yəni ölkə ərazisində yayımı məhdudlaşdırılır. Amma bu da bu problemin kökünü tam kəsir deyə bilmərik. Tezliklə bu problemin tamamilə aradan qalması sadəlövlük olardı. Amma kompleks tədbirlərin görülməsinə ehtiyac var. Birincisi, bu sahədə nizam intizam yaradılmalıdır. Yəni jurnalistika fəaliyyəti ilə kimlərin məşğul olması ilə bağlı bir kreteriyalar müəyyənləşdirilməlidir. Məsələn saytlar var ki, keçmiş məhkumlar, ali təhsili olmayanlar, hətta rayonlarda qəssablar, hansısa bir ticarətlə məşğul olan şəxslər paralel olaraq saytda işlədirlər və bundan pul qazanırlar. Bu da ümumilikdə Azərbaycan mətbuatının imicinə çox böyük bir zərbədir. Lazımdırsa qanunvericiliyə dəyişikliklər olunmalıdır, MŞ-nın mübarizədə komissiyanın səlahiyyətləri artırılmalıdır, hüquq mühafizə orqanları cəlb olunmalıdır, yəni ümumilikdə çalışaraq bu sahədə bir qayda qanun yaradılmalıdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...