“Sosial şəbəkə istifadəçiləri başqalarını təhqir edirsə bu, hüquqi məsuliyyət yaradır” AÇIQLAMA

“Mətbuat Şurasının tənzimləmə obyekti ənənəvi medianın bir hissəsi (çap media və informasiya agentlikləri) və onlayn media qurumlarıdır”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, sosial media-sosial şəbəkələr isə Mətbuat Şurasının özünütənzimləmə qurumu olaraq tənzimlədiyi qrupa daxil deyil: "Sosial şəbəkələr nəinki Mətbuat Şurası tərəfindən tənzimlənmir, ümumiyyətlə, bu sahədə hər hansı digər tənzimləyici qurumlar mövcud deyil. Amma bu o demək deyil ki, sosial şəbəkələr istənilən növ yalana, təhqir və böhtana açıq olmalıdır. Xeyr, sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, burada paylaşılan fikirlər, açıqlamalar, əgər başqlaranın təhqir edilməsi və ya kiməsə böhtan atılması ilə müşayiət olunursa, hüquqi məsuliyyət yaradır. Bu, dünyanın hər yerində belədir. Təhqir və böhtan, harada yayılmasından asılı olmayaraq, əgər kütləvi halda yayılıbsa, hüquqi məsliyyət doğurur. Azərbaycanda, haqlı olaraq, bu məsələnin hüquqi tənzimlənmsi üçün addımlar atılır, qanunlara əlavə və dəyişikliklər edilir. Artıq Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə dəyişikliklər edilib, həmçinin, bu maddələrə məxsusi olaraq sosial şəbəkələri ehtiva edən bir saylı əlavə olunub. Bu o deməkdir ki, sosial şəbəkə istifadəçiləri başqalarını təhqir edir, kiməsə böhtan atırlarsa, bu, hüquqi məsuliyyət yaradır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...