“AXCP və Müsavat yetkililəri xaricə getmək istəyən 500 nəfərə vəsiqə satıblar” İTTİHAM- AÇIQLAMA

Dəfələrlə çoxsaylı faktlar əsasında müxalifət düşərgəsində təmsil olunan partiyaların, xüsusi ilə də, Əli Kərimlinin və Arif Hacılının xaricə getmək istəyənlərə partiya vəsiqələri satmaları barədə məlumatlar yayılıb. Bu məlumatların AXCP və Müsavat yetkililəri tərəfindən təkzib edilməməsi şübhəli məqamlar üzə çıxarıb. Bu günlər bu şübhələrə yenililəri əvəz olunub. Yayılan informasiyalara görə, AXCP və Müsavat yetkililəri xaricə mühacir kimi getmək istəyənlərə əlavə olaraq 500 vəsiqə satıblar. “Yurddaş” partiyasının sədri Mais Səfərli SİA-ya açıqlamasında bildirib.

O qeyd edib ki, zaman-zaman mətbuatda radikal müxalifət partiyalarının ayrı-ayrı şəxslərə xaricə getməsi üçün, yəni “siyasi mühacirlər” üçün arayışlar verib, vəsiqələr satıb: “Əlbəttə ki, bu cür hərəkətlər qanuna ziddir. Hər şeydən əvvəl bu siyasi etikaya uyğun olmayan bir məsələdir. Demək olar ki, onların arasında heç vaxt partiya ilə əlaqəsi olmayan insanların xaricə saxta vəsiqələrlə getməsi haqqında məlumatlar var. Belə bir məsələ var, od olmasa tüstü çıxmaz. Əgər mətbuatda bu məsələlərlə bağlı xəbərlər varsa, deməli əsaslıdır. Bu məsələ ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparmalıdırlar. Çünki bu qanunvericiliyə ziddir”. M.Səfərlinin sözlərinə görə, bəzi şəxslər AXCP və Müsavatdan saxta partiya vəsiqələri əldə edib, getdikləri həmin xarici ölkələrdə bir alətə çevrilirlər: “Yəni Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq üçün məhz həmin şəxslərdən bir alət kimi istifadə edilər. Ona görə də, bu məsələ özünün hüquqi araşdırılmasını tələb edən məsələdir. Bu məsələyə də ciddi yanaşılmalıdır”. Partiya sədri onu da bildirdi ki, Avropanın bir sıra şəhərlərində Azərbaycan dövləti və xalqı əleyhinə şər və böhtan səsləndirənlərlə bağlı hüquqi araşdırma aparılmalı və məsələyə hüquqi qiymət verilməlidir: “Çünki 100-lərlə belə saxta adamlar saxta mühacirət adı altında xaricə gediblər və orada onlarda Azərbaycan dövlətinə qarşı istifadə olunur”. M.Səfəri onu da əlavə etdi ki, dağıdıcı müxalifət partiyaları hər zaman xaricidə olan havadarlarından asılı bir vəziyyətdədrilər: “Müxalifət xaricidəki “ağalarından” aldıqları maliyyə vəsaiti hesabına boş qalan ciblərini doldurmaqla məşğuldurlar. Əlbəttə ki, xarici qüvvələrdə bu maliyyənin qarşılığında da onlardan Azərbaycan dövlətinin uğurlarına kölgə salmaq üçün bir vasitə kimi istifadə edir. Ümumiyyətlə, nə xarici qüvvələrin, nə də ki, müxalifətin nə istəməsindən və nə etməsindən asılı olmayaraq, onların inkişaf etmiş güclü Azərbaycan dövlətinin uğurlarına heç vaxt kölgə sala bilməyəcəklər. Çünki, bizim yolumuz dönməz və davamlıdır”.

M.Səfərlinin sözlərinə görə, dağıdıcı müxalifət partiyaları 1990-cı illərdən necə yaranıbdırsa, indinin özündə də həmin vəziyyətdə qalmaqdadır: “Birmənalı şəkildə həmin partiyalar öz tərəfdarlarını itirə-itirə getməkdədirlər. Adı çəkilən partiyalar 2-3 nəfərlə qalıblar. Bütün bunlarda onların zəif şəkildə inkişaf etməsindən xəbər verir. Ümumiyyətlə, müxalifət partiyalarının zəif olmasının əsas səbəbi sözügedən partiyalara rəhbərlik edən liderlərin səhv siyasət aparmaları ilə bağlıdır. Bu baxımdan da çəkilən partiya sədrləri öz səhvlərini, öz içərilərində, partiyalarında və fəaliyyətlərində axtarmalıdırlar”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə