Rusiyadan ABŞ-ın raket xəbərdarlığına CAVAB

“ABŞ-ın Rusiyanın orta və yaxın mənzilli raketlərin ləğvi üzrə Müqaviləni pozması qlobal təhlükəsizliyə və sabitliyə zərər verəcək”. SİA-nın xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında deyib.

Müqavilə ilə bağlı problemli məqamların olduğunu bildirən Peskov söyləyib ki, əsas məsələ odur ki, Asiya və digər bölgələrdə bir çox ölkələr qısa və orta səviyyəli raketlər kimi təsnif edilə biləcəyi oxşar sistemləri inkişaf etdirirlər.

O bildirib ki, buna baxmayaraq dünya sabitliyi və təhlükəsizliyi üçün məsul olan iki əsas ölkə Rusiya və ABŞ olduğu üçün Rusiya Federasiyasına gələn ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ilə danışıqlar zamanı müqavilə ilə bağlı məsələlər müzakirə olunacaq. Əlbəttə ki, bu məsələ ilə bağlı Amerika tərəfinin bəzi açıqlamalarını dinləməyimiz lazımdır, çünki bu, strateji təhlükəsizlik məsələsidir və təkrar edirəm ki, belə niyyətlər dünya üçün daha təhlükəlidir”.

Dövlət başçısının mətbuat katibi ABŞ-ın müqavilədən imtina etmək üçün tədbir almadığını vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...