Boltonu Moskvada gərgin danışıqlar gözləyir

ABŞ prezidentinin milli məsələlər üzrə köməkçisi Con Boltonu Moskvada gərgin danışıqlar gözləyir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 2 günlük səfər zamanı Trampın Rusiya ilə imzalanmış Yaxın və Orta Mənzilli Raketlərin Ləğvinə Dair Müqavilədən çıxmaq niyyəti müzakirə olunacaq.

Tramp Rusiyanı həmin müqavilənin şərtlərini pozaraq müasir ballistic raketlər yaratmaqda ittiham etmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...