Çavuşoğlu ABŞ dövlət katibi ilə telefonda nəyi müzakirə edib?

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığı keçirib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon söhbətində Çavuşoğlu və Pompeo Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışıqları zamanı müzakirə edilən məsələlərdən danışıb.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqların əsas mövzusu Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda müxalif jurnalist Camal Kaşıkçının qətli olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...