İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib (FOTO)

Prezident İlham Əliyev mərasimdə iştirak edib

Bu gün İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə