“Prezident istəyir ki, vətəndaşlarımız daha rahat və təhlükəsiz yaşasınlar" ÖZƏL-ŞƏRH

“Cənab Prezdent mütəmadi olaraq ölkəmizdə yol infrastrukturun yenidən qurulması ilə əlaqədar sərəncamlar imzalayır. Məhz yol infrastrukturunun yenidən qurulması infrastruktur layihələrin prioriteti hesab olunduğundan son 15 il ərzində Azərbaycanda 15 min kilometrə qədər yeni yollar çəkilib”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, yol mədəniyyətdir, inkişafdır, müasirlikdir, rahatlıqdır: “Bu gün demək olar ki, ölkəmizdə paytaxtla rayonları birləşdirən bütün yollar yenidən qurulub. İnsanlar bu yollardan çox rahat, daha az zamanda və təhlükəsiz qət edirlər. Yeni yolların tikilməsi həm də nəqliyyat vasitələrin uzun ömürlüyünü artırır. Yolların yenidə qurulması artıq dağ kəndləri ilə rayon mərkəzlərində tikilir. Düşünürəm ki, belə davam edərsə yaxın bir neçə il ərzində ölkəmizdə asfaltsız yol qalmayacaqdır. Cənab Prezidentin imzaladığı hər bir sərəncamın arxasında insan fakturu dayanır. Ölkə başçımız istəyir ki, vətəndaşlarımız daha rahat və təhlükəsiz yaşasınlar.

Yol həm də iqtisadiyyatdır. Yolların müasirləşməsi regionlarda istehsal olunan məhsulların istehlakçılara çatdırılmasında problemləri aradan qaldırır. Turizmin inkişafında yol infrastrukturun müasirləşməsinin xüsusi rolu var. Yollar yaxşı olanda turistlər ölkəni qarış-qarış gəzir, daha maraqlı turizm səfərlərinin təşkilinə imkanlar əldə etmiş olur. Yol infrastrukturunun müasirləşməsi həm də Azərbaycanın beynəlxalq yük daşımalarda yaxından iştirak etməsinə imkan yaradır. Cənub-Şimal, Qərb-Şərq nəqliyyat dəhlizləri ilə daşınan beynəlxalq yüklərinin həcmi 100 dəfələrlə artıb. Ümumiyyətlə yol infrastrukturu ilə bağlı imzalanan hər bir sərəncam ölkəmizin inkişafının sürətlənməsinə öz töhfəsini verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə