Elman Məmmədov: “"Star" geniş bir regionu əhatə edəcək" ÖZƏL-ŞƏRH

“Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, “Star Rafineri”nin açılışı və digər nəhəng layihələr Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradəcinin təcəssümüdür. Təbii ki, bu belədir. Əgər güclü iradə, millilik, həmrəylik olmasa bu layihə baş tutmazdı. Bu elə-belə sıradan bir layihə deyil. Bu Azərbaycanla Türkiyə arasında işlənən layihələrin ən güclülərindən biridir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu layihə, iş uzun illərdir davam edib: “Bu işin, layihənin bünövrəsini qoymaq üçün çox güclü risk və iradə lazımdır. Bunu da hər iki Prezient nümayiş etdirdi və oktyabrın 19-da “Star” neft emalı zavodunun açılışı həyata keçirildi. Bu tək iqtisadi məsələ deyil. Bu çox mühüm siyasi, beynəlxalq əhəmiyyət daşıyan bir məsələdir. Bu ondan xəbər verir ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə dünya çapında, iqtisadi, siyasi sahədə sözünü deməyi bacaran, iradə ortaya qoymağı bacaran və qarşıya qoyduğu məqsədi uğurla həyata keçirib başa vura bilən bir ölkədir. Təbii ki, bu bir daha sübut olundu. Yəni bu bizim iradəmizi və gücümüzü nümayiş etdirdi. Bu tək Türkiyə və Azərbaycan üçün yox, ümumiyyətlə geniş bir bölgəni, regionu əhatə edəcəkdir. Biz oradan öz iqtisadi, maddi xeyrimizi götürəcəyik. Bu tərəfdaşlıq, əməkdaşlıq, dövlətlər arasında olan münasibətlər bizim beynəlxalq səviyyədə diplomatiyamızın, siyasətimizin tərəfdaşlarının da sayını artırır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə