"Vaşinqton sanksiyalar tətbiq etmək üçün bəhanə hazırlayır"

"Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhanə hazırlayır". SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O qeyd edib ki, ABŞ hökuməti rusiyalı haker və bloggerlərə qarşı atdığı addımlarla həm öz, həm də dünya ictimaiyyətini qorxutmağa çalışır. Hansı ki daha bir Rusiya vətəndaşı ABŞ tərəfindən orada keçirilən seçkilərdə əhval-ruhiyyə təsir etməklə ittiham olunur. "Birləşmiş Ştatlar öz imkanlarını yüksək qiymətləndirir. Rusiyaya qarşı düşmənçilik nümayiş etdirməklə yanaşı bütün dünyaya hörmətlə yanaşmadığına görə, ABŞ daha sərt cavab alacaq", - deyə Ryabkov bildirib. Diplomat vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarında iki il bundan öncə keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləsi haqqında "Moskvanın əfsanəvi əli" adlı yalan yayılıb. Vaşinqton konqres seçkilərində də həmin kartda istifadə etməyə çalışır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...