""Star" zavodu hər iki ölkəyə böyük dividentlər gətirəcək" AÇIQLAMA-ÖZƏL

“Azərbaycanla Türkiyə qardaş ölkə olmaqla yanaşı həm, də starteji müttəfiqdirlər. İki ölkə arasında münasibətlərin nə qədər sıx olduğunu dünya ölkələri də bilir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

O bildirib ki, ötən gün Türkiyədə “Star” Neft Emalı zavodunun açılması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin tarixində əlamətdar hadisədir: “Belə bir zavodun məhz Türkiyədə açılması təsadüfi deyil. Çünki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında həmrəylik nümunəsi göstərirlər”.

Deputat söyləyib ki, Azərbaycanla Türkiyə arasında sıx əlaqələr təkcə dövlət səviyyəsində deyil, eləcə də prezidentlər arasında olan yüksək səviyyəli şəxsi münasibətlərdə də özünü biruzə verməkdədir: “Star” zavodunun məhz Türkiyədə açılması bir daha göstərir ki, ölkələr arasında birlik sarsılmaz və əbədidir”.

Layihənin iqtisadi tərəfdən də ölkələrə böyük dividentlər gətirəcəyini deyən C. Osmanov söyləyib ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır”.

Millət vəkili əlavə edib ki, Azərbaycan və Türkiyənin həyata keçirdiyi nəhəng layihələr həm iki dövlət, xalq, həm də bölgə və dünya üçün çox böyük önəm daşıyır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə