ABŞ və Rusiyanın müdafiə nazirləri ilk dəfə görüşüblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Sinqapurda ilk dəfə Pentaqon rəhbəri Ceyms Mettis ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Qeyd olunur ki, görüş ASEAN və dialoq tərəfdaşları müdafiə nazirlərinin V müşavirəsi çərçivəsində baş tutub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə